Главная > Hadisə > Xüsusi karantində gəzintiyə çıxan sinif yoldaşları ölümdən döndülər

Xüsusi karantində gəzintiyə çıxan sinif yoldaşları ölümdən döndülər


24-04-2020, 12:08. Разместил: azadses
Şabranda  karantin dövründə avtomobillə gəzintiyə çıxanlar qəzaya düşüb. Azads Səs-in məlumatına görə, hadisə Bakı - Quba yolunun 131-ci km-də - Şabranın Gəndob kəndi ərazisində qeydə alınıb.
Gəndob kənd sakini 34  yaşlı Pərvin Nəsrulla oğlu Mirəliyev idarə etdiyi "Fiat" markalı avtomaşınla sinif yoldaşları olmuş həmyaşıdları Azər Zahid oğlu Musayev, Kamil Arif oğlu Rəsulov və  Ziya Məzahir oğlu Qasanovla axşam gəzintisinə çıxıblar. Qəfildən avtomobilin yoldan çıxması nəticəsində sürücü və 3 sərnişin müxtəlif xəsarətlərlə Şabran rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
Yaralılardan ikisinin vəziyyəti ağır olduğundan stasionar müalicəyə götürülüb. Qəzanın başvermə səbəbini Baş Dövlət Yol Polisi İdarəsinin istintaqçıları aparır.
Qeyd edək ki, xüsusi karantin rejimində bu Şabranda qrup halda gəzən gənclərin iştirakı ilə qeydə alınan  ikinci qəza hadisəsidir. Bundan aprelin 10-da rayon ərazisində "Kia Cerato"nun aşması nəticəsində 3 nəfər ölmüş, 3 nəfər isə yaralanmışdı.


Вернуться назад