Главная > Hadisə > Xına üçün gəldilər, sərhəd bağlanıb Azərbaycanda qaldılar FOTO
Xına üçün gəldilər, sərhəd bağlanıb Azərbaycanda qaldılar FOTO8-04-2020, 14:40. Разместил: azadses |
Türkiyəli bəylə azərbaycanlı gəlinin toyları da koronavirusa görə təxirə düşüb Azərbaycanda sevdiyi qadınla münasibətlərini rəsmiləşdirmək üçün gələn daha bir türkiyəli bəy və qohumları koronavirus qurbanı olub. Rizədən xına üçün Azərbaycana, Balakən rayonuna gələn Çakır ailəsi çətin vəziyyətə düşüb. Rizəli 27 yaşlı Rəsul Çakır (27) 21 yaşlı Gülyana Yekayeva ilə evlilik qərarı alıb. Martın 12-də cütlük üçün Balakəndə xına mərasimi təşkil edilib. Mərasimdə bəy Rəsul ilıə yanaşı, anası Gülhan, atası Həsən, qohumları Mustafa Çakır da iştirak edib. Mərasimdən sonra ailə geri qayıtmaq istəyib. Lakin Azərbaycan-Gürcüstan və Gürcüstan-Türkiyə sərhədləri bağlandığı üçün ölkəni tərk edə bilməyiblər. Onlar bir müddət yeni qohumlarının evlərində qalıblar. Daha sonra isə sərhəddə gözləməyə başlayıblar. Cütlüyün martın 25-nə təyin edilən toyları da təxirə düşüb. "Burada qaldıq, nə edəcəyimizi bilmirik. İki günlük gəlmişdik deyə çox pul da götürməmişdik. Burada hər şey bahadır, pulumuz da qalmayıb. Kömək gzləyiorik", deyə türk ailə rəsmilərə müraciət edib. Xatırladaq ki, bənzər hadisə Qazaxda da baş verib. Ərdahadan nişan üçün gələn türkiyəli bəy və qohumları sərhədlər bağlandığı üçün Azərbaycanda qalıblar. Вернуться назад |