Главная > Hadisə > Bakıda beşmərtəbəli binada yanğın, sakinlər təxliyə olundu

Bakıda beşmərtəbəli binada yanğın, sakinlər təxliyə olundu


2-03-2021, 12:00. Разместил: azadses
Bakı şəhərinin Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisinə yığılan yeddi ədəd xalça və istifadəyə yararsız ev əşyaları 25 m² sahədə yanıb. 
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qatı tüstülənmədən zərər görməmələri üçün binanın yuxarı mərtəbələrindən 25 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. 
Mənzillər yanğından mühafizə olunub. 
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Вернуться назад