Главная > Hadisə > Sakinlər narahatdır: Qəzalı vəziyyətdə olan binanı su basıb - FOTO

Sakinlər narahatdır: Qəzalı vəziyyətdə olan binanı su basıb - FOTO


27-02-2021, 17:30. Разместил: azadses
Xaçmaz şəhəri, Əlif Hacıyev küçəsi 1 ünvanında yerləşən yataqxana binasını su basıb.
Oxu.Az-ın məlumatına görə, 24 fevral tarixindən hava şəraitinin kəskin dəyişməsi ilə bağlı binadakı sayğaclar dönub və istifadəyə yararsız hala düşüb.
Yataqxana binasının sakinləri bununla əlaqədar su təchizatında problemlərinin yarandığını, həmçinin sayğacların yararsız hala düşməsi səbəbindən binanı su basdığını bildiriblər.
Sakinlər binanın köhnə olmasından dolayı da narahatdırlar, onların fikrincə, su axıntısı onsuz da qəzalı vəziyyətdə olan binanın dağılmasına səbəb ola bilər.


Вернуться назад