Главная > Hadisə > Azərbaycan restoranına hücum edən ermənilərə 2 il həbs cəzası verildi
Azərbaycan restoranına hücum edən ermənilərə 2 il həbs cəzası verildi25-02-2021, 10:58. Разместил: azadses |
Moskvanın Nikulin rayon Məhkəməsi Azərbaycan restoranına hücum edən Ermənistandan olan 7 nəfərə hökm oxuyub. ''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, onların hər biri 2 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə Artak və Seyran Nikoyan, Armen və Arsen Apriyan, Argişt və Nareq Petrosyan, habelə Razmiq Saakyanı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsinin 2-ci hissəsi (silah olaraq istifadə olunan əşyaların tətbiqi ilə xuliqanlıq) ilə təqsirli bilib və onları iki il müddətinə azadlıqdan məhrum edib. Həmin şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəkəcəklər. Вернуться назад |