Главная > Hadisə > Bakıda 5 nəfərin meyitinin tapıldığı hadisə ilə bağlı YENİ FAKTLAR

Bakıda 5 nəfərin meyitinin tapıldığı hadisə ilə bağlı YENİ FAKTLAR


24-02-2021, 11:34. Разместил: azadses
Ötən gün Bakının Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Yaşayış Massivindəki fərdi yaşayış evlərindən birində 5 nəfərin faciəvi şəkildə ölməsi ilə bəzi faktlar üzə çıxıb.

''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, meyitləri tapılan 16 yaşlı Atilla Əliyev və 17 yaşlı Lətif Əliyevin atası Rəşadla vəfat edən digər 2 qardaş: 21 İnkişaf Allahverdiyev və 24 yaşlı Şakir Allahverdiyevin atası yaxın dost olub. Belə ki, vəfat edən gənclərin ataları Rəşad Əliyevlə İdris Allahverdiyev Birinci Qarabağ Müharibəsində döyüşüblər və orada dostluq münasibətləri qurublar.

Bildirilir ki, Rəşad Əliyev əslən Beyləqan, İdris Allahverdiyev isə Şəmkir rayonundandır.

Artıq vəfat edən 5 nəfərin cənazəsi ailələrinə təhvil verilib və onlar dəfn ediliblər.


Вернуться назад