Главная > Hadisə > "Sədərək"də fəhlə faciəvi şəkildə öldü

"Sədərək"də fəhlə faciəvi şəkildə öldü


22-02-2021, 13:04. Разместил: azadses
"Sədərək" Ticrət Mərkəzində ölüm hadisəsi baş verib.
 
''Azad Səs'' Modern.az-a istinadən xəbər verir ki, mərkəzdən verilən məlumata görə, hadisə bazar ərazisində aparılan tikinti işləri zamanı baş verib. Mağazalardan birində baş verən hadisə nəticəsində orada fəhlə işləyən Bakı şəhər sakini Qayim Burcəliyev hündürlükdən yıxılaraq ağır kəllə beyin travması alıb.
 
Yaralı hadisə yerində dünyasını dəyişib.
 Faktla bağlı Qaradağ rayon Prokurorluğunda araşdırma aparılır.




Вернуться назад