Главная > Hadisə > Yaşayış binasında yanğın - sakinlər təxliyyə olundu

Yaşayış binasında yanğın - sakinlər təxliyyə olundu


22-02-2021, 08:45. Разместил: azadses
Gəncə şəhərinin Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.
 
''Azad Səs''-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, binanın ikinci mərtəbəsində ümumi sahəsi 50 m² olan mənzilin eyvanında geyim əşyaları 1 m² sahədə və pəncərə çərçivəsi 1 m² sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 8 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
 
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.




Вернуться назад