Главная > Hadisə > Baş redaktor döyüldü

Baş redaktor döyüldü


20-02-2021, 15:05. Разместил: azadses
Ötən gün axşam saatlarında “hakimiyyet.az” saytının baş redaktoru Fuad Əliyev naməlum şəxslər tərəfindən döyülüb.
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, F. Əliyev şəxsi avtomobili ilə Heydər Əliyev prospektində tanımadığı şəxslər tərəfindən saxlanılaraq hücuma məruz qalıb.
 
Nəticədə baş redaktor müxtəlif bədən xəsarətləri alıb, onun avtomobilinə isə ziyan dəyib
 
Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, məsələ nəzarətə götürülüb, faktla bağlı araşdırma aparılır.

Вернуться назад