Главная > Hadisə > Tramp yenə təhdid etdi: "Bundan sonra yoxdur"

Tramp yenə təhdid etdi: "Bundan sonra yoxdur"


4-11-2019, 12:19. Разместил: azadses
ABŞ prezidenti bu dəfə Kaliforniya qubernatoruna hiddətlənib
ABŞ prezidenti Donald Tramp yenə hədələyib. Onun yeni hədəfi Kaliforniya qubernatoru Gavin Nevsom olub. Qubernatorla mübahisədən sonra o ştata edilən federal yardımları kəsməklə hədələyib. Buna səbəb isə 10 günə yaxındır davam edən meşə yanğınlarıdır. 
Tramp "Twitter" hesabından Nevsomun böhranı çox pis idarə etdiyini deyib. "Hər il Kaliforniya yananda eyni şey olur. Qubernatoor federal hökumətdən yardım tələb edir. Bundan sonra yoxdur. Təsirli iş görməyimiz üçün özünüzə nəzarət etməlisiniz". 

Nevsomun da Trampa cavabı gecikməyib. O, prezidenti iqlim dəyişikliyinə inanmamaqda ittiham edib.
Xatırladaq ki, artıq yanğının 70 faizinin nəzarət aldtına alındığı bildirilir. Yanğına görə bağlı olan məktəblərin də sabahdan dərsə başlayacaqları gözlənilir. 
Baş verən təbii fəlakətə görə bölgədən 200 minə yaxın insan evakuasiya edilmiş, 2 milyona yaxın elektrik enerjisinin kəsilməsindən təsirlənmişdi.
220 kvadrat kilometr ərazini əhatə edən alovlara görə fövqəladə vəziyyət elan edilmişdi.




Вернуться назад