Главная > Hadisə > Bakıda sevgililər gününü qeyd edən 15 nəfər cəzalandırıldı

Bakıda sevgililər gününü qeyd edən 15 nəfər cəzalandırıldı


17-02-2021, 15:59. Разместил: azadses
Paytaxtın Nizami rayonunda fevralın 14-də xüsusi karantin rejim qaydalarına əməl etməyən kafe müəyyən olunub.

''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, DİN Mətbuat xidmətindən verilən məlumata görə, "Cənub” kafesində 14 fevral - Sevgililər Günü ilə əlaqədar 15 nəfər şəxsin həmin günü qeyd etmələri aşkarlanıb.

İctimai iaşə obyektin icarədarı və tədbirin iştirakçıları barəsində qanunvericiliyə uyğun olaraq, barələrində inzibati protokollar tərtib olunub.


Вернуться назад