Главная > Hadisə > Bərbərxanada qadına zor tətbiq edən polis işdən QOVULDU

Bərbərxanada qadına zor tətbiq edən polis işdən QOVULDU


17-02-2021, 12:10. Разместил: azadses
Daxili İşlər Nazirliyi Yasamal rayonunda bərbərxanada qadına qarşı zorakılıq hərəkətləri edən polis əməkdaşı ilə bağlı yayılan videogörüntülər araşdırılıb.
 
DİN-nin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib ki, araşdıma nəticəsində fakt təsdiqini tapıb:
 
“Bərbərxanada xanıma qarşı kobudluq edən şəxsin Yasamal RPİ 27-ci Polis Bölməsinin sahə müvəkkili Qubadov Camal Qubad oğlu olduğu müəyyən edilib. Camal Qubadov polis adına yaraşmayan əməlinə görə tutduğu vəzifədən azad edilib”.
 
Xatırladaq ki, fevralın 12-si saat 16 radələrində Yasamal rayonu, Şıxəli Qurbanov küçəsində yerləşən bərbərxanaların birində Yasamal RPİ 27-ci Polis Bölməsinin sahə müvəkkili Qubadov Camal Qubad oğlu bərbərxanaya daxil olaraq, qeydiyyatçı işləyən qadına maska taxmadığına görə cərimə yazacağını bildirib. Vətəndaş isə maska taxdığını bildirərək buna etiraz edib.
 
Daha sonra isə sahə müvəkkili bərbərxanada həmin qadına qarşı fiziki təzyiq edərək onu itələyib, sonra isə polis əməkdaşı C.Qubadov həmin xanımı polis bölməsinə aparıb və ona cərimə protokolu yazılıb.(Modern.az)



Вернуться назад