Главная > Hadisə > Ağcabədidə iki avtomobil toqquşub - Xəsarət alan var

Ağcabədidə iki avtomobil toqquşub - Xəsarət alan var


16-02-2021, 16:13. Разместил: azadses
Ağcabədi rayonunda yol qəzası olub.

Bu barədə ''Azad Səs''-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildiirlib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağcabədi rayonunda “Mitsubishi” və "VAZ" markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan "Mitsubishi" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Вернуться назад