Главная > Hadisə > Gecə saatlarında Bakıda iki yanğın oldu

Gecə saatlarında Bakıda iki yanğın oldu


13-02-2021, 11:50. Разместил: azadses
Gecə saatlarında Bakıda iki yanğın hadisəsi baş verib. 
Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 
Birinci yanğın şəhərin Suraxanı rayonunda qeydə alınıb. Ümumi sahəsi 100 m² olan bir dam altında tikilən birmərtəbəli dördotaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 23 m² sahədə, dam örtüyü 63 m² sahədə yanıb. Bitişik tikililər və yaxınlıqdakı mobil rabitə operatorun 1 ötürücü qülləsi yanğından mühafizə olunub.
İkinci hadisə isə Bakı şəhərinin Xətai rayonunda baş verib. Hadisə zamanı çoxmərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 9 ədəd elektrik sayğacı və 1 ədəd qoruyucu açar yanıb. Mənzillər yanğından mühafizə olunub. 
Hər iki alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Вернуться назад