Главная > Hadisə > Göygöldə 2 avtomobil toqquşub, xəsarət alanlar var

Göygöldə 2 avtomobil toqquşub, xəsarət alanlar var


13-02-2021, 08:36. Разместил: azadses
Göygöl rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

''Azad Səs'' "Report"-a istinadən xəbər verir ki, hadisə Yeni Qızılca kəndində qeydə alınıb.

İki "VAZ" markalı avtomobilin toqquşması nəticəsində 1992-ci il təvəllüdlü Hüseyn Həsənov və 1996-cı il təvəllüdlü Vüqar Əhmədov xəsarət alıblar. Hər iki şəxsə hadisə yerindəcə ambulator yardım göstərilib.

Qəzanın başvermə səbəbləri Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.


Вернуться назад