Главная > Hadisə > Ağstafada toy edənlər məsuliyyətə cəlb olunub

Ağstafada toy edənlər məsuliyyətə cəlb olunub


12-02-2021, 14:28. Разместил: azadses
Ağstafada toy edən şəxslər məsuliyyətə cəlb olunub.

''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin  (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə Ağstafa rayon Polis Şöbəsinə (RPŞ) rayonun Köçəsgər kəndindəki fərdi yaşayış evlərinin birində toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşları dərhal adıçəkilən ünvana gələrək toy mərasimini dayandırıblar, mərasim iştirakçıları Polis Şöbəsinə gətiriliblər.

Şöbədə onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub. Mərasim iştirakçılarından 6 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək  baxılması üçün məhkəməyə göndərilib.


Вернуться назад