Главная > Hadisə > Yevlaxda avtomobil fiziki qüsurlu piyadanı vuraraq öldürüb
Yevlaxda avtomobil fiziki qüsurlu piyadanı vuraraq öldürüb10-02-2021, 08:43. Разместил: azadses |
Bakı-Qazax avtomobil yolunda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi olub. "Report"un məlumatına görə, hadisə magistral yolun Yevlax rayonundan keçən hissəsində baş verib. Yolu qarşı tərəfə keçmək istəyən, 1997-ci il təvəllüdlü Şəhriyar Ramiz oğlu Hüseynovu "Mercedes" markalı avtomobil vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Əslən Kəlbəcər rayonundan olan, Mingəçevir şəhərində məskunlaşmış Ş.Hüseynovun yaxınlarının dediyinə görə, o, anadan gəlmə eşitmə və danışma qüsurlu olub. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Вернуться назад |