Главная > Hadisə > Yasamalda çoxmərtəbəli binada YANĞIN

Yasamalda çoxmərtəbəli binada YANĞIN


9-02-2021, 12:56. Разместил: azadses
Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

''Azad Səs'' Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, binanın damında ümumi sahəsi 110 m² olan texniki otaqda taxta tullantıları və istifadəyə yararsız ev əşyaları 20 m² sahədə yanıb. Texniki otağın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Вернуться назад