Главная > Hadisə > Bakıda mənzildə kişi meyiti tapılıb

Bakıda mənzildə kişi meyiti tapılıb


8-02-2021, 10:04. Разместил: azadses
Ötən gün Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 41 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Nazirlikdən ''Azad Səs''-ə bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, ötən sutka ərzində 7 nəfər xilas edilib, bağlı qapı arxasında qalmış 1 nəfərin meyiti isə aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.
Belə ki, Bakı şəhərinin Nərimanov rayonunda mənzildə 1949-cu il təvəllüdlü Babayev Zülfü Cəmaləddin oğlunun meyiti aşkarlanıb.

Вернуться назад