Главная > Hadisə > Sabirabadda avtomobil yanıb, xəsarət alanlar var

Sabirabadda avtomobil yanıb, xəsarət alanlar var


2-02-2021, 14:07. Разместил: azadses
Sabirabad rayonunda avtomobil yanıb.

Bu barədə “Azad Səs”-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonun Moranlı kəndində “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yanğın zamanı yanıq xəsarətləri alan 2 nəfər Təcili və Təxirəsalınmaz Tibbi Yardım tərəfindən xəstəxanaya aparılıb. Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Вернуться назад