Главная > Hadisə > Xırdalanda yanğın olub - FHN

Xırdalanda yanğın olub - FHN


2-02-2021, 09:17. Разместил: azadses
Abşeron rayonunun Xırdalan şəhərində ümumi sahəsi 130 m² olan ikimərtəbəli 5 otaqlı evin birinci mərtəbəsində 2 otağın yanar konstruksiyaları 60 m² sahədə yanıb. 

''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Вернуться назад