Главная > Hadisə > Azərbaycanda kişi arvadını, qaynını və qayınanasını güllələdi - 2 ölü
Azərbaycanda kişi arvadını, qaynını və qayınanasını güllələdi - 2 ölü26-02-2020, 16:35. Разместил: azadses |
Sonra əlindəki silahla özünə atəş açıb Masallı rayonunda baş verən qətl hadisəsinin bəzi təfərrüatı məlum olub. Azadsəs-in məlumatına görə, bir müddət əvvəl həyat yoldaşından ayrılan rayonun Təzəkənd kənd sakini Sarvan Nəbiyev ailə münaqişəsi zəminində keçmiş həyat yoldaşı Aliməyə, qaynanası Zemfiraya və qaynı Alimə ov tüfəngindən atəş açıb. Hadisə nəticəsində S.Nəbiyevin keçmiş həyat yoldaşı və qaynı ölüb. Qaynanası isə yaralanıb. O, Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Bundan sonra qətli törədən S.Nəbiyev yardımçı tikilidə çənə nahiyəsindən özünə atəş açıb. Şahidlərin bildirdiyinə görə, hadisə qız tərəfinin oğlanın evinə cehizlərini götürmək üçün gələn zaman baş verib. Qeyd edək ki, boşanan gənc ailənin iki azyaşlı uşağı var. Faktla bağlı prokurorluq araşdırma aparılır. Вернуться назад |