Главная > Hadisə > Tanınmış həkimin qohumları onun koronavirusdan deyil, qəfil ürək tutmasından öldüyünü bildiriblər
Tanınmış həkimin qohumları onun koronavirusdan deyil, qəfil ürək tutmasından öldüyünü bildiriblər19-01-2021, 11:56. Разместил: azadses |
Peşəkar həkim, tanınmış anesteziloq-reanimatoloq, gözəl insan, dəyərli dostumuz Nizami Hacıyevin qəfil dünyasını dəyişməsi xəbəri hamımızı sarsıtdı. Ömür onsuz da fani, ölüm isə kəmfürsətdir. Kimi haqda yaxaladı... Görəsən, cəmiyyət üçün faydalı insanların, xalqın xidmətçilərinin bu qəbildən olan cismani sonluğu ilahi ədalətin adına yazıla bilərmi?... Düşündürücü sualdır... Nizami ilə gənc yaşlarımdan tanış olmuşduq. İlk öncə, böyük Azərbaycan ziyalısı və alimi Nurəddin Rzayevin rəhbərliyi altında M.Topçubaşov adına Cərrahlıq İnstitutunda bir yerdə çalışmışıq. Sonralar M.Nağıyev adına Kliniki təcili tibbi yardım xəstəxanasında və nəhayət City Hospitalda birgə işləmək nəsibimiz oldu. Nizami bir həkim kimi mənim gözlərim önündə formalaşıb, ona görə də onun haqqında peşəkar sözünü əminliklə işlədirəm. Peşəkar həkim isə qısa müddətdə yetişmir, bu işə ən azı ömrün yarısından çoxu sərf edilir. Kifayət qədər elmi biliklərə, praktiki vərdişlərə və həyat təcrübəsinə yiyələnmiş bir həkim millətin resursudur. Bu itki həm də resurs itkisidir. Klinikamızın kollektivi arasında Nizami Hacıyevin böyük nüfuzu vardı. Ona bir təcrübəli həkim kimi inanırdılar, hörmət edirdilər. Həkim kimi hər kəsə bir yaxşılığı keçmişdi. Dostumuz Nizami doktor haqda keçmiş zamanda danışmaq mənim üçün xeyli çətindir. Lakin ölüm çarəsizdir, hər birimizin gec-tez keçəcəyi bir ilahi qapısıdır... Ailəsinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin, nur içində yatsın. Hörmətlə, Adil Qeybulla Mərhum qəfil ürək tutmasından rəhmətə gedib, məlumatı dayısı oğlu Qubadov Rəfael bildirib Вернуться назад |