Главная > Hadisə > SON DƏQİQƏ: Şuşada beşmərtəbəli binada YANĞIN

SON DƏQİQƏ: Şuşada beşmərtəbəli binada YANĞIN


18-01-2021, 09:50. Разместил: azadses
Şuşa şəhərində beşmərtəbəli binanada yanğın hadisəsi baş verib.

Bu barədə “Azad Səs”-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Şuşa şəhərində beşmərtəbəli binanın beşinci mərtəbəsində ümumi sahəsi 70 m² olan 4 otaqlı mənzilin yanar konstruksiyaları və qismən binanın dam örtüyü yanıb. Qonşu mənzillər və binanın dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Вернуться назад