Главная > Hadisə > Bakıda sevgi dramı - həkim qız özünü dənizə atdı, sevgilisi isə...

Bakıda sevgi dramı - həkim qız özünü dənizə atdı, sevgilisi isə...


25-02-2020, 13:48. Разместил: azadses
Ailələləri gənclərin birlikdə olmasının əleyhinə çıxıblar
Bakıda iki gəncin sevgi dramı faciə ilə bitib. Sabirabad rayon sakini Günel Rzayeva özünü Dəniz Vağzalının yaxınlığında Xəzər Dənizinə ataraq intihar edib. Daha sonra onu xilas etmək istəyən həmyerlisi və sevgilisi, 1995-ci il təvəllüdlü Balahüseyn Məmmədov da özünü dənizə tullayıb. B.Məmmədov Dənizkənarı Bulvar İdarəsinin əməkdaşları tərəfindən xilas edilib.
Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi, Fövqəladə Hallar Nazirliyi (FHN) əməkdaşlarının iştirakı ilə Səbail rayon Prokurorluğu tərəfindən hadisə yerinə baxış keçirilib, zəruri tədbirlər yerinə yetirilib. G.Rzayevanın meyitinin FHN əməkdaşları tərəfindən axtarışı mümkün olmayıb. B.Məmmədovun vəziyyəti isə hazırda kafidir.
Faktla bağlı Cinayət Məclləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb.
Məlumata görə, Qardaşlı kənd sakinləri olan Balahüseyn Məmmədov Zöhrab oğlu və Günel Rzazadə Müğdət qızı bir-birlərini seviblər. Lakin ailələr onların birlikdə olmasına razı olmayıb. Buna görə də cütlük Bakıda bulvarda görüşüb. Nəticədə qeyd edilən hadisə baş verib. 
Günel Rzayeva Azərbaycan Tibb Universitetinin (ATU) tələbəsidir. 1994-cü il təvəllüdlü G.Rzayeva 2017-ci ildə 667 balla Tibb Universitetinə qəbul olub. Hazırda onun meyiti axtarılır.




Вернуться назад