Главная > Hadisə > Daşkəsəndə yük maşını aşıb - Ölən var

Daşkəsəndə yük maşını aşıb - Ölən var


15-01-2021, 18:16. Разместил: azadses
Daşkəsəndə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə Daşkəsən rayonu ərazisində “МАZ” markalı yük avtomobilinin yol kənarına aşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasediciləri sıxılı vəziyyətdə qalan 1971-ci il təvəllüdlü Süleymanov Şahin Abbas oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Вернуться назад