Главная > Hadisə > Azərbaycanda palçıq vulkanı püskürüb

Azərbaycanda palçıq vulkanı püskürüb


14-01-2021, 17:19. Разместил: azadses
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin "Zəlzələlərin tədqiqatı bürosu" nun məlumatına əsasən yanvarın 9-da Qobustan rayonunda Şıxzəhirli vulkanı püskürüb.

"Azad Səs" xəbər verir ki, gün ərzində vulkanın püskürməsi 3 aktivləşdirmə dövrləri ilə xarakterizə olunmuşdur. Birincisi yerli vaxtla saat 17:48:36 (püskürmənin davamı 3 dəqiqə 28 saniyə, dərinliyi h=2.0 km, enerjisi Е=0,37×107 C), növbəti yerli vaxtla saat 17:53:59 (püskürmənin davamı 2 dəqiqə 18 saniyə, dərinliyi h=2.0 km, enerjisi Е=0,29×107 C) və 17:58:17 (püskürmənin davamı 7 dəqiqə, dərinliyi h=2.0 km, enerjisi Е=0.30×107 C) baş verib.

Report


Вернуться назад