Главная > Hadisə > Hacıqabulda fermada yanğın

Hacıqabulda fermada yanğın


13-01-2021, 08:23. Разместил: azadses
Hacıqabul rayonunda fermada yanğın hadisəsi baş verib.

Bu barədə "Azad Səs"-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, rayonun Birinci Meyniman kəndində fermanın ərazisində ümumi sahəsi 840 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 100 m² sahədə və damına yığılan 12 ton ot bağlaması yanıb.

Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın FHN-in yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Вернуться назад