Главная > Hadisə > Tərtər və Ağdaş sakinlərindən silah götürüldü

Tərtər və Ağdaş sakinlərindən silah götürüldü


8-01-2021, 12:07. Разместил: azadses
Tərtər və Ağdaş sakinlərində silah aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Tərtər Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Evoğlu kənd sakinləri Q.Rzayevin, X.Axundovun, S.Allahverdiyevin və E.Cahangirovun yaşadıqları evlərinə baxış zamanı 5 ədəd “İJ” markalı ov tüfəngləri aşkar edilərək götürülüb.

Bundan başqa, Ağdaş RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Q.Mustafayevdən müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.


Вернуться назад