Главная > Hadisə > Naxçıvanda qəza - nənə, gəlin və nəvə öldü

Naxçıvanda qəza - nənə, gəlin və nəvə öldü


21-02-2020, 13:36. Разместил: azadses
“VAZ-21074” və “QAZel” toqquşub
Naxçıvan şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Qəza fevralın 20-də saat 12 radələrində qeydə alınıb. 
Babək rayon sakinləri N.Rəhimovun idarə etdiyi “VAZ-21074” və Ə.Məmmədovun idarə etdiyi “QAZel” markalı avtomobillər toqquşub. 
Nəticədə R.Rəhimov və sərnişinləri Çəmən Hüseynova, oğlu T.Hüseynov, gəlini Tünzalə Hüseynova və nəvəsi, 1 yaşlı Allahverdi, habelə Ə.Məmmədovun sərnişini olan arvadı A.Məmmədova xəstəxanaya yerləşdiriliblər. Ç.Hüseynova, T.Hüseynova və azyaşlı orada ölüb.
Naxçıvan ŞPİ tərəfindən araşdırma aparılır.




Вернуться назад