Главная > Hadisə > Bakıda birlikdə hamama girən ər-arvadın meyiti çıxdı
Bakıda birlikdə hamama girən ər-arvadın meyiti çıxdı21-02-2020, 11:54. Разместил: azadses |
Cütlük qonaq getdikləri evdə boğulublar Bakıda kişi və qadın dəm qazından zəhərlənərək ölüb. Hadisə fevralın 20-də, paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, 1961-ci il təvəllüdlü N.Cavadov və 1967-ci il təvəllüdlü A.Zeynalova qonaq getdikləri evin hamam otağında birlikdə çimərkən dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə cinayət işi başlanılıb. Вернуться назад |