Главная > Hadisə > Bakıdan Alanyaya gedən təyyarə eniş edə bilmədi

Bakıdan Alanyaya gedən təyyarə eniş edə bilmədi


21-02-2020, 11:22. Разместил: azadses
"Buta"nın təyyarəsi Ankaraya məcburi eniş etməli olub
Bakıdan qalxan təyyarə Türkiyədə eniş edə bilməyib. Bu barədə məlumat "Buta Airways"dən verilib.
"Buta Airways"in saat 07:39-da Bakıdan yola düşən J2 9111 nömrəli aviareysində hava gəmisinin kapitanı Ankaranın Esenboğa hava limanına (ESB) məcburi eniş etmək qərarı alıb. Buna səbəb Alanyanın hava limanında (GZP) qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq enişin mümkün olmaması olub. Reys Bakı vaxtı ilə saat 11:08-də Ankarada uğurlu eniş edib. 
Təyyarə hava şəraiti yaxşılaşdıqdan sonra Alanyaya yola düşəcək.




Вернуться назад