Главная > Hadisə > Baş redaktor qeyri-rəsmi nikahda yaşadığı qadını bıçaqladı
Baş redaktor qeyri-rəsmi nikahda yaşadığı qadını bıçaqladı4-01-2021, 16:53. Разместил: azadses |
Şirvan sakini qeyri-rəsmi nikahda yaşadığı qadını bıçaqlayıb. ''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, hadisə Şirvan şəhəri N. Nərimanov küçəsi 9 ünvanında yerləşən binanın mənzillərindən birində baş verib. Şirvan sakini, 1957-ci il təvəllüdlü Nağıyev Mirhüseyn Balağa oğlu qeyri-rəsmi nikahda yaşadığı Şirvan sakini, 1993-cü il təvəllüdlü Məmmədli Ayşən Hafiz qızını ailə münaqişəsi zəminində boğaz nahiyəsindən bıçaqlayıb. Sonuncu ağır vəziyyətdə Şirvan şəhər mərkəzi xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilərək əməliyyata götürülüb. M. Nağıyev polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, bir müddət əvvəl “Bizim vətən” ictimai-siyasi qəzetinin təsisçisi və baş redaktoru olan M. Nağıyevin mobil telefon satışı ilə məşğul olan mağazalardan birində həmin qadını döydüyü anın videogörüntüləri sosial şəbəkələrdə yayımlanıb. Вернуться назад |