Главная > Hadisə > Salyanda su kanalından kişi meyiti çıxarıldı

Salyanda su kanalından kişi meyiti çıxarıldı


31-12-2020, 13:16. Разместил: azadses
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Salyan rayonunun Qarabağlı kəndində su kanalında aşkar edilən 1 nəfərin meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Bu barədə "Azad Səs"-ə FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu 1970-ci il təvəllüdlü Xəlilov Elçin Yadulla oğlunun meyitini çıxararaq aidiyyəti üzrə təhvil verib.


Вернуться назад