Главная > Hadisə > Köməyə gedən yol polisi özü qəzaya düşdü

Köməyə gedən yol polisi özü qəzaya düşdü


17-02-2020, 10:54. Разместил: azadses
TIR sürücüsünə kömək etmək üçün dayanan xidməti maşına arxadan gələn "Mercedes" çırpılıb
Bakı-Quba yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində polislərin yaralanması ilə nəticələnən qəza baş verib. İstiPress-in Şimal bürosunun məlumatına görə, baş verən qəzada Yol Patrul Xidmətinin iki əməkdaşı xəsarət alıb.
Yol kənarında dayanan TIR markalı yük avtomobili təmirə ehtiyac olduğu üçün DİN-nin 102 çağrı mərkəzi vasitəsilə kömək çağırıb. Köməyə gələn "Mercedes" markalı polisin xidməti avtomobili kömək çağıran yük avtomaşınının arxasında xəbərdaredici işıqlarını yandıraraq dayanıb.
Bu zaman digər bir "Mercedes" markalı avtomobil yol polislərinin xidməti avtomaşınına çırpılıb. Nəticədə avtomobildə iki polis əməkdaşı xəsarət alıb.
Fakta görə araşdırma başlanılıb.




Вернуться назад