Главная > Hadisə > Badamdarda yenə sürüşmə

Badamdarda yenə sürüşmə


14-02-2020, 14:45. Разместил: azadses
Səlahiyyətli şəxslər hadisə yerindədirlər
Bakının Səbail rayonu, Badamdar qəsəbəsində yenidən sürüşmə olub. Sürüşmə Badamdar şosesinin yaxınlığında qeydə alınıb.
Hazırda aidiyyətli qurumların əməkdaşları sürüşmə baş verən əraziyə yollanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisi Sadiq Əmiraslanovun sözlərinə görə, sürüşmə yerinin miqyasını və səbəblərini araşdırılır.
Xatırladaq ki, bu ilin yanvar ayının 9-da da səhər saatlarında Badamdar qəsəbəsində sürüşmə baş vermişdi. Sürüşmə faktı Badamdar qəsəbəsi, Badamdar şosesində qeydə alınmışdı. Hadisə nəticəsində Badamdar qəsəbəsindən 20-ci sahə istiqamətində olan yol bağlanmışdı. 
Adıçəkilən qəsəbədə 2018-ci ildə də ciddi sürüşmə hadisəsi baş vermişdi. 




Вернуться назад