Главная > Hadisə > Abşeronda maşın aşıb, 28 yaşlı gənc ölüb

Abşeronda maşın aşıb, 28 yaşlı gənc ölüb


27-12-2020, 10:18. Разместил: azadses
Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, “Chevrolet” markalı minik avtomobili yoldan çıxaraq aşıb.
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1992-ci il təvəllüdlü Sadıxov Rəvan Natiq oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Вернуться назад