Главная > Hadisə > Bakıda minik avtomobili sərnişin avtobusuna çırpılıb

Bakıda minik avtomobili sərnişin avtobusuna çırpılıb


25-12-2020, 08:04. Разместил: azadses
Bakıda yol qəzası olub.

Bu barədə "Azad Səs" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin "112" qaynar telefon xəttinə Yasamal rayonunda “Ravon” markalı minik avtomobilinin yol kənarında dayanan “Hyundai” markalı sərnişin avtobusuna çırpılması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 2 nəfəri deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Вернуться назад