Главная > Hadisə > Masazırda daş hasar qaz xəttinin üzərinə aşıb

Masazırda daş hasar qaz xəttinin üzərinə aşıb


24-12-2020, 15:37. Разместил: azadses
Bu gün Abşeron rayonunun Masazır qəsəbəsində fərdi yaşayış evinin hasarı qaz xəttinin üzərinə aşıb.

"Azad Səs" bu barədə Azərbaycan Dövlət Neft şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.

Məlumata görə, hadisə nəticəsində diametri 89 mm olan qaz xətti yararsız hala düşüb. Bakı Regional Qaz İstismarı Departamentindən verilən məlumata görə hadisəyə görə təqribən 500 abunəçinin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.


Вернуться назад