Главная > Hadisə > Bakıda 78 yaşlı kişi evində yanaraq ölüb

Bakıda 78 yaşlı kişi evində yanaraq ölüb


24-12-2020, 12:13. Разместил: azadses
Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yanğln olub.

Fövqəladə Hallar Nazirliyindən "Azad Səs"-ə verilən məlumata görə, ümumi sahəsi 62 m² olan mənzildə 1 ədəd divan və döşəmə 1 m² sahədə yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1942-ci il təvəllüdlü Məmmədov Qəhrəman Hüseyn oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Вернуться назад