Главная > Hadisə > Bakıda köşkdə YANĞIN - ÖLƏN VAR

Bakıda köşkdə YANĞIN - ÖLƏN VAR


24-12-2020, 11:06. Разместил: azadses
Bakıda köşkdə yanğın hadisəsi baş verib.
Bu barədə ''Azad Səs''-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, paytaxtın Suraxanı rayonunda ümumi sahəsi 15 m² olan dəmir konstruksiyalardan ibarət köşkün taxta üzlüyü yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır

Вернуться назад