Главная > Hadisə > Qəbələdə silahlı şəxslər saxlanıldı - DİN

Qəbələdə silahlı şəxslər saxlanıldı - DİN


24-12-2020, 10:44. Разместил: azadses
Qəbələ rayon sakinlərindən silah götürülüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan ''Azad Səs''-ə verilən məlumata görə, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayonun Mirzəbəyli kənd sakinləri- H.Sədullayev, R.İsgəndərov və S.Məmmədovun hərəsindən bir ədəd müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Həmin şəxslər barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.


Вернуться назад