Главная > Hadisə > Siyəzəndə yanğın olub - FHN

Siyəzəndə yanğın olub - FHN


22-12-2020, 08:52. Разместил: azadses
Siyəzən rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən ''Azad Səs''-ə verilən məlumata görə, rayonun Məşrif kəndində ümumi sahəsi 30 m² olan dəmir konstruksiyadan ibarət köşkün (ofis və yeməkxana kimi fəaliyyət göstərir) içərisinə yığılan əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.




Вернуться назад