Главная > Hadisə > Azərbaycanda parkda qanlı dava - Xəsarət alanlar var

Azərbaycanda parkda qanlı dava - Xəsarət alanlar var


18-12-2020, 11:31. Разместил: azadses
Ağstafa rayonunda 2 nəfərin bıçaq xəsarəti alması ilə nəticələnən dava-dalaş olub.

''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, rayonun Sadıqlı kəndinin mərkəzindəki parkda 1977-ci il təvəllüdlü Namazov İsə Sadıq oğlu ilə, həmyerlisi, 1995-ci il təvəllüdlü Omarov Elnur Eldar oğlu arasında münaqişə baş verib. Bu zaman onlar bıçaqla bir-birlərinə zərbələr endiriblər. Hər iki şəxs kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Вернуться назад