Главная > Hadisə > Yüksək vəzifəli məmur rüşvət alarkən TUTULDU

Yüksək vəzifəli məmur rüşvət alarkən TUTULDU


17-12-2020, 09:14. Разместил: azadses
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəli şəxsi rüşvət aldığı üçün həbs edilib.

''Azad Səs'' ''Qafqazinfo''-ya istinadən xəbər verir ki, Nazirliyin Abşeron rayon Tibbi-Sosial Ekpertiza və Reabilitasiya Xidmətinin rəisi Məmmədov Oruc Nüsrət oğlu Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində istintaq davam etdirilir.

Qeyd edək ki, O.Məmmədov bir müddət əvvəl işində yol verdiyi nöqsanlara görə vəzifəsindən qovulub.


Вернуться назад