Главная > Hadisə > Yevlaxda toy məclisi təşkil edən şəxslər cərimələnib

Yevlaxda toy məclisi təşkil edən şəxslər cərimələnib


16-12-2020, 14:35. Разместил: azadses
Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlərlə rayonun Marzılı və Hacı Mahmudlu kəndlərində fərdi yaşayış evlərində toy məclisi təşkil edən şəxslər müəyyən ediliblər.

Xüsusi karantin rejimi qaydalarını pozan toy məclislərinin təşkilatçıları olan 4 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokollar tərtib olunaraq cərimə ediliblər.Report


Вернуться назад