Главная > Hadisə > Lənkəranda güclü yanğın: Bir nəfər xilas edildi

Lənkəranda güclü yanğın: Bir nəfər xilas edildi


16-12-2020, 09:52. Разместил: azadses
Lənkəran şəhərində ümumi sahəsi 100 kvadrat metr olan birmərtəbəli ikiotaqlı evin bir otağının yanar konstruksiyaları və dam örtüyü 30 kvadrat metr sahədə yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən bir nəfər xilas edilərək, təhlükəsiz əraziyə təxliyyə edilib.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın söndürülüb.

Вернуться назад