Главная > Hadisə > Qadından ŞOK ƏMƏL - Ölən otaq yoldaşını bu səbəbdən aylarla gizlətdi

Qadından ŞOK ƏMƏL - Ölən otaq yoldaşını bu səbəbdən aylarla gizlətdi


13-12-2020, 16:01. Разместил: azadses
ABŞ-da bir qadın sosial müavinət almaq üçün otaq yoldaşının cəsədini aylarla gizlədib.
''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, Florida ştatında yaşayan 48 yaşlı Mişel Heni iyul ayında vəfat edən otaq yoldaşı Con Leonardın cəsədini zibil qutusunda gizlətdiyinə görə saxlanılıb.
Polisə verdiyi açıqlamada Heni Leonardı iyul ayında evlərində ölü tapdığını, ancaq olayı gizlətməyə qərar verdiyini söyləyib. Cəsədi 3 həftə şkafda saxlayan qadın bundan sonra geri dönəcəyini deyərək onu qonşusunun zibil qutusuna qoyub.

İki aydır geri dönməməsindən şübhələnən qonşuları zibil qutusundakı cəsədi görüblər. Polis Leonardın necə öldüyünü araşdırır.


Вернуться назад