Главная > Hadisə > Xızıda ikimərtəbəli evdə yanğın - FHN

Xızıda ikimərtəbəli evdə yanğın - FHN


12-12-2020, 09:12. Разместил: azadses
Xızı rayonu, Altıağac qəsəbəsində ümumi sahəsi 380 kvadrat metr olan (dam örtüyü ondulin, 2-ci mərtəbəsinin arakəsmələri taxtadan ibarət) ikimərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) ''Azad Səs''-ə verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Вернуться назад