Главная > Hadisə > Bakıda yüksək vəzifəli məmur vəfat etdi– 46 yaşında – FOTO
Bakıda yüksək vəzifəli məmur vəfat etdi– 46 yaşında – FOTO11-12-2020, 08:52. Разместил: azadses |
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin şöbə rəisi Malik Əkbərov vəfat edib. ''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, M.Əkbərov xəstəlik səbəbindən dünyasını dəyişib. Qeyd edək ki, M.Əkbərov 1974-cü ildə anadan olub. 1996-cı ildə Azərbaycan Dövlət İqtisad İnsitutunu bitirib. 2008-ci ildən etibarən vergi orqanlarında çalışıb. 2008-2016-cı illərdə iqtisadi təhlil, bəyannamələrin kameral yoxlanması, xüsusi vergi rejimli müəssisələrin auditi sahələrində fəaliyyət göstərib. 2016-ci ilin əvvəlindən həmin ilin iyun ayına kimi E-audit şöbəsinin rəisi kimi çalışıb. 2016-cı ilin iyun ayından Vergilər Nazirliyinin Tədris Mərkəzinin vergi metodologiyası şöbəsinin rəisi vəzifəsini tutub. Allah rəhmət eləsin! Вернуться назад |